DİQQƏT - Antibiotik uşaqlarda yalnız zərərli bakteriyaları yox , faydalı olanlarıda öldürür!

09.02.2024
-
11:20
|
|
Mütəxəssislər antibiotiklərin lazımsız istifadəsi ilə bağlı hər gün mühüm açıqlamalar verirlər. Ancaq uşaqlarda kiçik yaşlardan antibiotik istifadəsi çox daha qalıcı zərər verə bilər. Belə ki, necə?
1.Bağırsaq florasını dəyişdirir
Bakterial yoluxucu xəstəliklərin müalicəsində ilk ağla gələn antibiotiklər uşaqlar üçün böyük təhlükə ola bilər. Çünki uşaqlar iki yaşından başlayaraq antibiotik qəbul etdikdə onların bağırsaq florası daimi olaraq dəyişir.
2.Bağırsaq florasının dəyişməsi uşaqlarda astma və piylənmə kimi risk faktorlarını artırır.
“Nature Communications” jurnalında aparılan araşdırmada antibiotiklərin bağırsaq florasını pozduğu və qalıcı zərər verdiyi müəyyən edilib.
3.Yalnız zərərli bakteriyaları öldürmür.
Antibiotiklər bakteriyaları öldürməklə yanaşı, təkcə xəstəlik törədicilərini yox, həm də immunitet sistemini gücləndirən, həzmi tənzimləyən və hətta astmanın qarşısını alan bakteriyaları da məhv edir.
4.Helsinki Universitetində 2-7 yaş arası 142 uşaq üzərində aparılan araşdırmada uşaqların bəzilərinə iki yaşından əvvəl bir dəfə, bəzilərinə isə bir neçə dəfə antibiotik verilib. Qalanları isə ümumiyyətlə antibiotik müalicəsi almadılar.
5.Araşdırmanın nəticələrinə baxdıqda antibiotik verilən uşaqların bağırsaq florasının dəyişdiyi görülüb.
Bu uşaqlarda aktinobakteriyalar qrupunda olan faydalı mikroblar xeyli azalıb, hətta bəzilərində tamamilə yox olub. Əvəzində bol proteobakteriyalar və bakterioidlər aşkar edilib.
6.Uşaqlarda qalıcı təsir buraxır
Antibiotik verilməyən və ya yalnız penisilin qəbul edən uşaqlarda bu müşahidə edilmir. Uşaqların bağırsaq florasının antibiotik müalicəsindən sonra çox yavaş bərpa olunduğu da müşahidə edilib.
7.Digər tərəfdən, antibiotik qəbul edən uşaqların uzun müddət müəyyən həzm fermentlərini az miqdarda ifraz etdiyi müəyyən edilib.
8.Tədqiqatın göstərdiyi nəticələrdən biri də antibiotik müalicəsindən sonra ən azı bir il bağırsaq florasının yaxşılaşmasıdır. Ancaq bu, uşaqlarda qalıcı təsirlərə səbəb ola bilər.
9.Uşaqlara çox erkən yaşda bir neçə dəfə antibiotiklər verildikdə, mikroblar bərpa olunmağa vaxt tapmır və bağırsaq florasında dəyişiklik qalıcı olur.
10.Antibiotik terapiyası lazımdırsa, mütəxəssislər ən azı uşaqlar üçün Eritromisin və ya Azitromisin kimi makrolidlərdən çəkinməyi məsləhət görürlər.
Aytac Hacıyeva